Mərakeşdə meşə yanğınlarını güclü külək səbəbindən söndürmək olmur 

16:00 16.07.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mərakeşin şimal rayonlarında iki gündür davam edən şiddətli yanğın davam edir.

Hafta.az-ın MAP-a istinadən yazdığına görə, artıq min hektardan çox meşə ərazisi yanaraq külə çevrilib.

Milli Meşə və İqlim Risqləri İdarəolunması təşkilatının rəhbəri Fuad əl-Assali deyib ki, yanğınlar ən çox Əl-Arais, Laraş, Titvan, Uvzan və Taza bölgələrinə ziyan vurub. O, yanğının söndürülməsi üçün çox sayda yanğınsöndürmə dəstələrinin maşın və avadanlıqla, eləcə də havadan təyyarələrlə müdaxilə etdiyini, hərbçilərin də bu prosesə qatıldığını bildirib. 

Assali onu da qeyd edib ki, əsasən Laraş və Uvzanda olmaqla, min hektardan çox ərazini məhv edən yanğının nəzarətə götürülməsi neçə gündür əsən güclü külək səbəbindən mümkün olmur.